Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Vətən müharibəsi şəhidinin il dönümü ilə əlaqədar olaraq ailəsi ziyarət olunub

10 oktyabr 2022 | 09:14
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Neftçala rayonun 2-ci Qaralı kənd sakini Süleymanov İsmayıl Kamal oğlunun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar olaraq ailəsi ziyarət olunub.
Şəhidlərin il dönümünün ziyarət olunmasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Şəhid Süleymanov İsmayıl Kamal oğlu 1997-ci il aprelin 19-da Neftçala rayonu 2-ci Qaralı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Cəbrayıl şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 10-da Neftçala rayonu 2-ci Qaralı kənd qəbiristanlıqlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı və "Cəbrayılın azad olunmasına görə" medalları ilə ölümündən sonra İsmayıl Süleymanov təltif edilib.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından şəhid ailələrinə dərin hüznlə baş sağlığı veririk.
Keçidlər