Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Vətən Müharibəsi qazisinin atası vəfat edib

04 avqust 2022 | 09:22
Vətən Müharibəsi qazisi Quliyev Əbülfəz Rüstəm oğlunun atası birinci Qarabağ döyüşlərinin iştirakçısı Quliyev Rüstəm Kərim oğlu vəfat edib və Neftçala şəhər qəbirstanlığında dəfn olunub. Yas mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov mərhumun ailəsinə baş sağlığı verib, ailənin məişət şəraiti, qayğıları ilə maraqlanıb, ailənin diqqət və qayğıda saxlanılması üçün müvafiq tapşırıqlar verib.
Məlumat üçün bildiririk ki, Quliyev Əbülfəz Rüstəm oğlu 21 sentyabr 2020-ci ildə başlayan hərbi təlimlərə qatılıb və sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan torpaqlarımızın işğaldan azad olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə sol çiynindən yaralanıb və qapalı kəllə-beyin travması alıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli 2711 nömrəli Sərəncamına əsasən Quliyev Əbülfəz Rüstəm oğlu "Füzulinin azad olunmasına görə", 24.06.2021-ci il tarixli 2714 nömrəli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” və 24.06.2021-ci il tarixli 2716 nömrəli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi Quliyev Rüstəm Kərim oğlunun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir.
Keçidlər