Neftçala rayonunda ümumtəhsil məktəbləri arasında voleybol idman növü üzrə rayon turniri keçirilib
13-14 aprel 2026-cı il tarixlərində Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun dəstəyi ilə Neftçala Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında voleybol idman növü üzrə rayon turniri keçirilib.
Turnirin açılış və mükafatlandırma mərasimlərində Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əliheydər Qarayev, Neftçala Rayon Gənclər və İdman sektorunun müdiri Araz Əhmədov, sektorun digər əməkdaşları, məşqçilər, hakimlər və voleybol komandaları iştirak edib.
İlk olaraq Ümummili Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Final mərhələsində R.Gözəlov adına Xıllı qəsəbə 1 saylı və S.Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəblərini təmsil edən komandalar qarşılaşıb. Xıllı qəsəbə komandası I (birinci), Bankə qəsəbə komandası isə II (ikinici) yerə layiq görülüb. III (ümüncü) yerdə isə S.İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin komandası qərarlaşıb.
Qalib komandaların üzvləri diplom və medallarla təltif ediliblər.







