Neftçala rayonunda ümumtəhsil məktəbləri arasında mini-futbol üzrə rayon birinciliyinin final mərhələsi və mükafatlandırma mərasimi olub
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektoru və Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala Təhsil sektorunun təşkilatçılığı ilə "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü" ilə əlaqədar ümumtəhsil məktəb komandaları arasında mini-futbol üzrə Neftçala rayon birinciliyinin final mərhələsi və mükafatlandırma mərasimi olub.
Mükafatlandırma mərasimində Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşı Əliheydər Qarayev, Neftçala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin əməkdaşı Əlifağa İskəndərov, Neftçala Təhsil sektorunun və adı çəkilən qurumların digər əməkdaşları, eyni zamanda finala vəsiqə qazanan futbol komandaları iştirak edib.
Final mərhələsində S.İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəb və A.Cəfərov adına Astanlı kənd tam orta məktəb komandaları qarşılaşıb, Şəhər 1 saylı məktəb komandası I (birinci) yerin, Astanlı kənd komandası isə II (ikinci) yerin qalibi olub.🥇🥈
III yer uğrunda E.Həbibov adına Neftçala şəhər 4 saylı tam orta məktəb və B.Həşimov adına Boyat kənd tam orta məktəb komandaları mübarizə aparıb və Şəhər 4 saylı məktəb komandası III (üçüncü) yerdə qərarlaşa bilib.🥉
Sonda qalib komandaların bütün üzvləri Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq yerlərə uyğun olaraq diplom və medallarla təltif edilib.
Qeyd edək ki, mini-futbol üzrə rayon birinciliyi ümumilikdə 19 komanda arasında 10-17 oktyabr 2024-cü il tarixlərdə qrup, yarımfinal və final mərhələləri olmaqla həyata keçirilib.
Qalib komandaları təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.