Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya Azərbaycanın hər bir regionunun çoxşaxəli inkişafına zəmin yaratdı” mövzusunda növbəti ideoloji maarifləndirmə görüşü keçirilib

10 fevral 2023 | 18:26
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya Azərbaycanın hər bir regionunun çoxşaxəli inkişafına zəmin yaratdı” mövzusunda növbəti ideoloji maarifləndirmə görüşü Neftçala rayon Telekommunikasiya Qovşağının əməkdaşlarıyla keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon Telekommunikasiya Qovşağının rəhbərliyi və müəssisənin bir qrup əməkdaşları iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın, həmçinin fevral 2023-cü il tarixində qardaş-dost ölkə olan Türkiyə Respublikasında baş verən dəhşətli zəlzələ qurbanlarının əziz ruhunu bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edənlər Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənələri və siyasi xətt bu gün uğurla Ölkə Başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün Azərbaycan dünyanın süper güc dövlətləri ilə rəqabət apara biləcək iqtisadiyyata malikdir. Azərbaycan artıq dünyanın donor dövlətinə çevrilib. Bu gün dünyanın bir çox bölgəsində Azərbaycanın təşəbbüsü , o cümlədən maliyyə dəstəyi ilə bir çox beynəlxalq əhəmiyyətli iqtisadi layihələr icra olunmaqdadır.
Görüş mövzu ətrafında iştirakçıları maraqlandırılan sualların cavablandırılması və müzakirələr aparılması ilə davam etdirilib.
Keçidlər