Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci ili geniş formada qeyd olunub.
Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq “14 İyul 1969-cu il: Qüdrətli Azərbaycanımızın uğurlu təməl tarixi” mövzusunda görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, İnzibati Ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüş iştirakçıları tərəfindən Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Görüşdə çıxış edən natiqlər- təqaüddə olan dövlət qulluqçusu Oktay Kərimov, tarixçi araşdırmaçı Firdovsi Tağıyev, “Gündoğar” qəzetinin redaktoru Bədirə Niftəliyeva, Şirvan- Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəsi Gülər Mirzəyeva və Vətən müharibəsi iştirakçısı, təhsil işçisi Vüqar Qələşov XX yüzilliyin 60-cı illərində Azərbaycanın sosial-iqtisadi həyatında dərin və uzunmüddətli böhranın bürüdüyü, olduqca mürəkkəb, ağır bir şəraitdə, respublikamızın iqtisadi göstəricilərinə görə ittifaq respublikaları arasında sonuncu yerdə olduğu bir şəraitdə, 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələrək Azərbaycanı ağır vəziyyətdən, böhrandan çıxardı. 1969-1982-ci illərdə Azərbaycanda ən qabaqcıl texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi və s. nailiyyətləri göstərmək olar ki, həmin illərdə Ulu Öndər Heydər Əliyevin atdığı hər addımda Azərbaycanın gələcəyini düşünməsinin şahidi oluruq. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsidir. Məhz bu siyasət Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsində parlaq Zəfərin əldə olunmasında aparıcı mövqeyə malik olması haqqında görüş iştirakçılarını məlumatlandırıblar.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Ulu Öndərin Azərbaycanda 55 il öncə birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq səlnaməsini yaradıb. Məhz buna görə Ümummilli Lider Heydər Əliyevin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün I mərhələsi (1969-1982-ci illər) xalqın yaddaşında respublikamızda nəinki iqtisadi yüksəliş, eyni zamanda quruculuq, abadlaşdırma, yeni yaşayış məskənlərinin tikilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və məişət mədəniyyətinin yüksəldilməsi dövrü kimi qalıb. Həmin illərdə istər kənd yerlərində, istərsə də şəhərlərdə əhalinin xeyli hissəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, yeni yaşayış massivləri tikilib, fərdi evlərin sayı çoxalıb, insanların maddi rifahı xeyli yüksəldilib. RİH- in başçısı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyilə Azərbaycanın ərazi bütövlüyünün 44 günlük Vətən müharibəsində, 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror tədbirlərilə təmin olunması özünün pik nöqtəsinə çatıb. Bu Ulu Öndər yadigarı müstəqil Azərbaycan Respublikasıdır.
Tədbir Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişilə davam edib.