Neftçala rayonunda toxum istehsalı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər mövzusunda maarifləndirmə görüşü keçirilib
Neftçala rayonunda toxum istehsalı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər mövzusunda maarifləndirmə görüşü keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “toxum istehsalı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda keçirilən maarifləndirmə görüşü keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aran regional bölməsinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, Aqrar Sığorta Fondunun, Neftçala rayon Suvarma Sistemləri idarəsinin, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Neftçala Rayon Statistika idarəsinin rəhbərlərinin və məsul şəxslərinin, xam pambıq tədarük edən pambıq şirkətlərindən, “MKT Istehsalat Kommersiya” MMC-nin, "P-AGRO" MMC-nin , “Bank Respublika” ASC-nin, “Yelobank”ın yerli nümayəndələrinin, “Prior Leasing” ASC-nin əməkdaşları iştirak edib.
Görüşdə rayon ərazisində yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliyə, ziyanvericilərə və müxtəlif iqlim şəraitinə dözümlü bitki sortlarının yetişdirilməsinin təmin edilməsi, super elit, elit və reproduksiyalı toxumların istehsalı sahəsində mövcud imkanların, çətinliklərin təhlil olunması, kənd təsərrüfatı texnikalarının və aqreqatlarının 40% dövlət güzəştli faizsiz lizinqlə, damazlıq iribuynuzlu heyvanların lizinq şərtləri ilə əldə olunması, fermerlərə 5 %-lə aqro kreditlərin verilməsi, kənd təsərrüfatı məhsullarının, iribuynuzlu və xırdabuynuzlu heyvanların sığortalanması istiqamətində məruzələr edilib.
Qarşılıqlı fikir mübadiləsi çərçivəsində keçirilən görüşdə səsləndirilən təkliflər dinlənilib, aqrar sahənin inkişafında mövcud imkanlar və perspektivlər barədə ətraflı məlumat tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Tədbirin sonunda “Bank Respublika” ASC-i tərəfindən 7, “Yelobank” tərəfindən 8 fermerə 5 %-lə aqro kreditlərin verilməsi, “Prior Leasing” ASC-i tərəfindən 7 fermerə damazlıq iribuynuzlu heyvanların və kənd təsərrüfatı texnikalarının 40% dövlət güzəştli faizsiz lizinq şərtləri ilə verilməsi istiqamətində razılıq əldə olunub, Aqrar Sığorta Fondu tərəfindən 2 fermerin müraciəti qeydə alınıb və arqar sahəyə kredit xidmətlərinin göstərilməsi istiqamətində fermerlərə əlavə məlumatlar verilib.