Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda təhsil işçiləri ilə “Təhsil gələcəyə aparan yoldur” mövzusunda idealoji maarifləndirmə görüşü keçirilib

28 noyabr 2022 | 14:33
Neftçala rayonunda təhsil işçiləri ilə “Təhsil gələcəyə aparan yoldur” mövzusunda idealoji maarifləndirmə görüşü keçirilib.
Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonunda ümumtəhsil müəssisələrinin müəllimlərilə ilə “Təhsil gələcəyə aparan yoldur” mövzusunda idealoji maarifləndirmə görüşü keçirilib.
Görüşdə Neftçala rayon İcra Hakimiyyətinin, Neftçala rayon təhsil sektorunun məsul şəxsləri, ümumtəhsil müəssisələrinin müəllimləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və təhsil sahəsində işləyən vəfat edən müəllimlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edənlər Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin hakimiyyətə gəldikdən dərhal sonra təhsil sahəsinə və təhsil işçilərinə göstərilən diqqət və qayğıdan, bu siyasətin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, təhsil sahəsində əldə olunan uğurlardan, dövlətimiz tərəfindən müəllimlərə olunan xüsusi qayğıdan, yeni müasir standartlara uyğun təhsil ocaqların tikilərək istifadəyə verilməsindən danışılıb.
Görüşdə mövzu ətrafında geniş müzakirələr aparılıb və təhsil işçiləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər