Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib

18 sentyabr 2025 | 16:47
17-18 sentyabr 2025-ci il tarixlərində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun təşklatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin və Neftçala Rayon Gənclər və İdman sektorunun məsul əməkdaşları, idmançılar iştirak edib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxışçılar yeniyetmə idmançıları salamlayaraq, “Konstitusiya və Suverenlik İli” və “Dövlət Suverenliyi Günü” barədə ətraflı məlumat vermiş, tədbirin əhəmiyyətini diqqətə çatdırmışlar. 40 nəfər idmançının mübarizə apardığı turnirdə müxtəlif çəki dərəcələrində I, II və III yerlərə layiq görülənlər müvafiq diplomlarla təltif edilib. 
Qalib gələn yeniyetmə idmançılarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Keçidlər