Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda şəhid İlham Dadaşovun 31-ci ildönümü qeyd olunub

19 sentyabr 2023 | 16:11
Neftçala rayonunda Ağdam döyüşlərində itgin düşən şəhid İlham Adil oğlu Dadaşovun 31 –ci il dönümü qeyd olunub.
Mərasimdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.
Şəhidin xatirəsinə inşa olunan bulaq ziyarət olunub və qonaqlaırn iştirakı ilə Neftçala şəhərindəki Şəhidlər Xiyabanı ziyarət olunub, önlərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni səslənib.
Şəhidin ailə üzvləri və qonaqlar şəhid İlham Dadaşovun döyüş yolundan, igidliyindən danışıblar. Dadaşov İlham Adil oğlu 19 iyun 1973-cü ildə Neftçala rayonu Kürkənd kəndində anadan olub. 1992-ci illərdə Milli Ordu sıralarına qoşulan İlham Dadaşov bir neçə yaşayış məntəqəsi uğrunda döyüşlərdə iştirak edib. Son döyüşü Fərrux yüksəkliyi uğrunda olub və 19 sentyabr 1992-ci ildə itkin düşüb.
Mərasimdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışıb, İlham Dadaşov və onun kimi igid, qəhrəman şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb. RİH-in başçısı şəhid ailələri və qazilərin hər zaman Prezident cənab İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını diqqətə çatdırıb. Neftçala rayonunda da şəhid ailələri, qaziləər hər zaman diqqət və qayğı göstərilməsi işinin yüksək təşkil olunması qeyd olunub.
Şəhid İlham Dadaşovun ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə ediblər. Buna görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbir şəhidin adına təşkil olunan ehsan süfrəsi ilə davam edib.
Keçidlər