Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda şəhid Fətullayev Rəfail Rüfət oğlunun il mərasimi qeyd olunub

14 sentyabr 2023 | 17:23

2022-ci il sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi zamanı Neftçala rayonu Bankə qəsəbəsində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Fətullayev Rəfail Rüfət oğlu Kəlbəcər rayonu Alagöllər ərazisində qəhrəmancasına şəhid olub. Şəhid Fətullayev Rəfail Rüfət oğlu 14 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Şəhid Fətullayev Rəfail Rüfət oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Keçidlər