Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda şəhid Fətullayev Rəfail Rüfət oğlunun dəfn mərasimi keçirilib

14 sentyabr 2022 | 15:31
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Törədilən təxribat zamanı Neftçala rayonu Bankə qəsəbəsində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Fətullayev Rəfail Rüfət oğlu Kəlbəcər rayonu Alagöllər ərazisində qəhrəmancasına şəhid olub. Şəhid Fətullayev Rəfail Rüfət oğlu 14 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Mərkəzi qəbristanlığında dəfn olunub.
Neftçala RİH kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Keçidlər