Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda şəhid Əliyev Sərxan Rabil oğlunun il mərasimi keçirilib və məzarı ziyarət olunub

20 sentyabr 2024 | 15:16

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri zamanı Neftçala şəhərində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Sərxan Rabil oğlunun il mərasimi keçirilib və məzarı ziyarət olunub.

Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, YAP Neftçala rayon təşkilatının məsul şəxsləri, şəhid ailələri, şəhidin hərbiçi yoldaşları, qazilər, din xadimləri və rayon ictimaiyyəti iştirak edib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Sərxan Rabil oğlu 12 sentyabr 2003-cü ildə Neftçala şəhərində anadan olub və keçirilən lokal antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Şəhid Əliyev Sərxan Rabil oğlu 20 sentyabr 2023-cü il tarixində Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 noyabr 2023-cü il Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əliyev Sərxan Rabil oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhidimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Keçidlər