Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda şəhid Əliyev Sərxan Rabil oğlunun 40 mərasimi keçirilib və məzarı ziyarət olunub

29 oktyabr 2023 | 15:24
Neftçala rayonunda şəhid Əliyev Sərxan Rabil oğlunun 40 mərasimi keçirilib və məzarı ziyarət olunub.
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Neftçala şəhərində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Sərxan Rabil oğlunun 40 mərasimi keçirilib və məzarı ziyarət olunub.
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, şəhidin hərbiçi yoldaşları, qazilər, din xadimləri və rayon ictimaiyyəti iştirak edib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Sərxan Rabil oğlu 12 sentyabr 2003-cü ildə Neftçala şəhərində anadan olub və keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Şəhid Əliyev Sərxan Rabil oğlu 20 sentyabr 2023-cü il tarixində Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Keçidlər