Neftçala rayonunda Şəhid ailələri ziyarət olunub
26 sentyabr 2025 | 18:14
“Konstitusiya və Suverenlik İli” çərçivəsində "20 sentyabr Dövlət Suverenliyi Günü" və "27 sentyabr-Anım Günü"nün beşinci ildönümü münasibətilə 18-26 sentyabr tarixlərində Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, yerli icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, eləcə də rayonun idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə şəhid ailələri ziyarət olunub.
Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman oğullarımızın ailələri ilə görüşlər keçirilib. Ailələrin fikirləri və qayğıları dinlənilib, onların səsləndirdiyi təkliflərin icrası istiqamətində qanunamüvafiq addımlar atılacağı vurğulanıb. Qeyd olunub ki, dövlətimiz hər zaman şəhid ailələrinin mənafeyini, sosial rifahını və mənəvi dəstəyini diqqət mərkəzində saxlayır.
Bildirilib ki, qəhrəman Vətən oğullarının şücaəti və igidliyi xalqımızın yaddaşında əbədi yaşayır, onların döyüş meydanında göstərdikləri fədakarlıq və vətənpərvərlik gələcək nəsillər üçün nümunədir.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.







