Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda şəhid Abuşov Habil Qulam oğlunun il mərasimi keçirilib və məzarı ziyarət olunub

23 sentyabr 2024 | 16:55

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri zamanı Neftçala rayonu Qazaxbərəsi kəndində anadan olan Abuşov Habil Qulam oğlıunun il mərasimi keçirilib və məzarı ziyarət olunub.

Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, YAP Neftçala rayon təşkilatının məsul şəxsləri, şəhid ailələri, şəhidlərin hərbiçi yoldaşları, qazilər, din xadimləri və rayon ictimaiyyəti iştirak edib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Abuşov Habil Qulam oğlu 28 iyun 2004- cü ildə Neftçala rayonunun Qazaxbərəsi kəndində anadan olub və keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Şəhid Abuşov Habil Qulam oğlu 23 sentyabr 2023-cü il tarixində Neftçala rayonu Qazaxbərəsi kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 noyabr 2023-cü il Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Abuşov Habil Qulam oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Keçidlər