Neftçala rayonunda şəhər və qəsəbə ümumtəhsil məktəbləri arasında minifutbol idman növü üzrə rayon turnirinin açılış mərasimi olub
29 aprel 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şəhər və qəsəbə ümumtəhsil məktəb komandaları arasında minifutbol üzrə Neftçala rayon turnirinin açılış mərasimi olub.
Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əliheydər Qarayev, Neftçala Rayon Gənclər və İdman sektorunun müdiri Araz Əhmədov, Neftçala rayon UGİŞM-nin direktoru Aqşin Hüseynli, adıçəkilən qurumların digər əməkdaşları, hakimlər və futbol komandaları iştirak edib.
İlk olaraq Ümummili Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rəsmilər ölkəmizdə və rayonumuzda idmana və idançılara göstərilən diqqət və qayğıdan bəhs edərək, keçirilən tədbirin mahiyyəti haqqında məlumat verib və iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra oyunlara start verilib.







