Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda şahmat idman növü üzrə rayon turnirinin son turu və mükafatlandırma mərasimi keçirilib

07 may 2026 | 14:44

Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş uşaq və yeniyetmələr arasında keçirilən şahmat idman növü üzrə rayon turniri yekunlaşıb.
Mükafatlandırma mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Esmira Məmmədzadə, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Uşaq-Gənclər İdman-Şahmat məktəbinin müəllim-məşqçi heyəti, iştirakçılar və valideynlər iştirak edib.

Ümumilikdə 40 şahmatçının mübarizə apardığı turnirdə müxtəlif yaş qruplarında I, II və III yerlərə layiq görülən şahmatçılar Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən müvafiq diplom və medallarla təltif olunub.
Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

 

Keçidlər