Neftçala rayonunda şahmat (blits) üzrə rayon turniri keçirilib
25-26 sentyabr 2026-cı il tarixlərində Neftçala Uşaq-Gənclər İdman-Şahmat Məktəbində uşaq və yeniyetmələr arasında şahmat (blits) üzrə rayon turniri keçirilib.
Tədbirdə Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əliheydər Qarayev, Neftçala Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Aqşin Hüseynli çıxış edərək, iştirakçılara ölkəmizdə və rayonumuzda idman sahəsinə və idmançılara göstərilən diqqət, bu istiqamətdə keçirilən tədbirlər və idmanın əhəmiyyəti barədə məlumat verib.
67 nəfər şagirdin qatıldığı şahmat turnirində müxtəlif yaş qrupları üzrə I, II və III yerə layiq görülən idmançılar diplom və müvafiq medallarla təltif olunub.
Qeyd edək ki, turnir Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektoru ilə Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala rayonu üzrə təhsil sektorunun nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilib.







