Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Sağlam gənclik sağlam gələcək deməkdir” və “Narkomaniya bəşəriyyətin bəlasına çevrilib” mövzusunda maarifləndirici görüş keçirilib

03 mart 2023 | 14:02
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2023-cü il üçün tərtib olunan İş Planına uyğun olaraq Əbülfəz Cəfərov adına Bankə qəsəbə 1 saylı və Sakit Kərimov adına Qədimkən kənd tam orta məktəblərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Sağlam gənclik sağlam gələcək deməkdir” və “Narkomaniya bəşəriyyətin bəlasına çevrilib” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Komissiya üzvləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşün keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problemlər, fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.
Görüşdə çıxış edənlər Azərbaycanda narkomalıqla mübarizə sahəsində dövlət siyasətindən, dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrindən danışılıb. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdən özünü təcrid edir, narkotik aludəçiliyinin yaratdığı fəsadlardan qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək üçün cəmiyyətin bütün üzvləri birləşərək əlaqəli fəaliyyət göstərməlidirlər.
Görüşdə iştirak edən ictimaiyyət nümayəndələri Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən maarifləndirici tədbirlərin mütəmadi həyata keçirilməsinin cəmiyyətdə böyük məmnunluqla qarşılandığını bildiriblər.
Görüş narkotiklərin insan həyatına verdiyi zərər, həmçinin narkotik vasitələrdən istifadə zamanı yaranan asılılıqdan əziyyət çəkən insanların həyatını əks etdirən maarifləndirici videoçarxlar nümayiş olunub.
Keçidlər