Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Sağlam gənclik sağlam gələcək deməkdir” adlı növbəti maarifləndirici aksiya keçirilib

03 may 2024 | 17:13

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2024-cü il üçün tərtib edilən İş Planına uyğun olaraq Neftçala Uşaq Gənclər İdman Məktəbinin Neftçala Olimpiya İdman Kompleksində fəaliyyət göstərən bölmələrində idmanla məşğul olan gənclər və yeniyetmələrlə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Sağlam gənclik sağlam gələcək deməkdir” adlı növbəti maarifləndirici aksiya keçirilib.
Aksiyada Neftçala Rayon İcra Hakimiyyətinin,  Neftçala Rayon Gənclər və İdman Sektorunun nümayəndələri, gənclər və yeniyetmələr iştirak edib.
Aksiya çərçivəsində idmanın müxtəlif növləri ilə məşğul olan gənc və yeniyetmələrə narkomalıqla mübarizə sahəsində Dövlət siyasətindən, həyata keçirilən tədbirlərdən ətraflı bəhs edilib. Cəmiyyətin gələcəyi hesab edilən gənclərin və yeniyetmələrin sağlam həyat tərzinə, idmana, bədən tərbiyəsinə xüsusi diqqət vermələri üçün bu sahədə maarifləndirmənin önəmi diqqətə çatdırılıb. Bu gün uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımı şəraitin mövcud olduğu Neftçala rayonunda narkomanlıq, eləcə də digər zərərli vərdişlərə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir. Yeniyetmə və gənclərimizin idmanın müxtəlif sahələri üzrə keçirilən yarışlarda əldə etdikləri nəticələr, qazandıqları uğurlar qeyd edilənlərin bariz göstəricisidir. Aksiya çərçivəsində yeniyetmə və gənclərə təqdim edilən maarifləndirici buklet və məlumatlar böyük maraqla qarşılanıb.

Keçidlər