Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi keçirilib

28 yanvar 2023 | 10:54
Neftçala rayonuna “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyin nümayəndələrinin səfəri baş tutub. Səfər zamanı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Agentliyin əməkdaşlarıyla görüşüb və Neftçala rayonunda İKT, innovasiya, rəqəmsal sahələr üzrə vəziyyət, bu sahədə görülən işlər, rayonda qeyd olunan sahələrin inkişaf etməsi üçün müzakirlər aparılıb.
“Technest” Təqaüd Proqramı çərçivəsində eyni zamanda İKT sahəsinə maraqlı olan, bu sahədə karyera təhsil hədəfləri olan gənclərlə görüş keçirilib. Görüşdə 260 nəfərdən artıq gənc iştirak edib. Görüş zamanı İRİA təmsilçisi tərəfindən “Technest” Təqaüd Proqramı haqqında geniş məlumat verilib və rəqəmsallaşma, ixtisas seçimi, İKT biliklərinin artırılması və digər mövzularda ətraflı çıxışlar dinlənilib.
Təlimçilərdən İRİA-nın nümayəndəsi Orxan Nəbiyev, “Karmasis Azərbaycan”ın icraçı direktoru Bərna Baysal, “Codelandia” tədris mərkəzinin nümyəndələri Murad Musalı və Ümid Osmanov öz biliklərini rayon gəncləri ilə bölüşüblər. Görüşün sonunda iştirakçıların “Technest” Təqaüd Proqramına cəlb edilməsi məqsədilə imtahan təşkil olunub. İmtahanda 150 nəfərdən artıq gənc iştirak edib.
Təlimin keçirilməsində məqsəd gənclərin rəqəmsal savadlılıq istiqamətində maariflənmələri, “Technest” Təqaüd Proqramının fəaliyyəti haqqında məlumatlanmaları və proqram çərçivəsində seçilən gənclərin İKT üzrə təhsil ilə təmin olunmalarıdır.
Keçidlər