Neftçala rayonunda “Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə” layihəsi keçirilib
10 aprel 2023 | 17:27
Neftçala rayonunda "Azərbaycan Uşaqları" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə” sahəsində təşəbbüs qruplarının yaradılması layihəsinə start verilib.
Təlim iştirakçıları 3 gün ərzində Azərbaycan Respublikasının Konstitusiyası, Beynəlxalq Konvensiyaların ratifikasiyası, stereotiplər, cinsi mənsubiyyətə görə ayrı seçkiliyə yol verilməməsi, məişət zorakılığı haqqında Qanun, zorakılıqdan müdafiə üçün mövcud olan alətlər və digər mövzuları öyrənərək, diskussiyalar aparacaq.
Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.