Neftçala rayonunda Rayon İcra Hakimiyyəti və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə rayon ziyalıları və Rayon Ağsaqqallar Şurası dayaq məntəqələrinin sədrləri ilə görüş keçirilmişdir
05 noyabr 2023 | 18:37
Neftçala rayonunda Rayon İcra Hakimiyyəti və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə rayon ziyalıları və Rayon Ağsaqqallar Şurası dayaq məntəqələrinin sədrləri ilə görüş keçirilmişdir.
Neftçala rayonunda Heydər Əliyev ili çərçivəsində rayon ağsaqqalları ilə növbəti görüş keçirilmişdir. Görüş Rayon İcra Hakimiyyəti və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə birgə həyata keçirilmişdir.Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, ağsaqqallar və şəhid ailələri üzvləri iştirak etmişdir.
Görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov rayon ziyalılarını və ağsaqqalları salamlamış, Zəfər Günü bayramı münasibəti ilə onları səmimi qəlbdən təbrik etmişdir. Çıxışı zamanı RİH başçısı cənab Mirhəsən Seyidov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, həyata keçirilən sosial-iqtisadi islahatlar, regionlarda və eyni zamanda Neftçala rayonunda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərindən, o cümlədən ölkəmizin şanlı tarixinə Zəfər Günü ilə daxil olmuş Vətən müharibəsində qazanılan şanlı qələbəmizdən görüş iştirakçılarına geniş məlumat vermişdir.
Görüşdə Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, şəhid atası Baloğlan Ağamalıyev, rayonda uzun müddət rəhbər vəzifələrdə çalışmış Oktay Kərimov, rayon ağsaqqallarından Valeh Tağıyev çıxış edərək Neftçala rayonunun inkişafı naminə həyata keçirilən işlər, əldə edilən uğurlara, o cümlədən Respublika ağsaqqallarına, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Görüş səmimi əhatədə müzakirələr formatında davam etdirilmişdir.