Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib

29 noyabr 2023 | 11:57

Neftçala rayonunda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib.

Neftçala rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Qüvvət elmdədir" adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib.

İntellektual yarışda Neftçala rayonunda fəaliyyət göstərən məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 10 komandanın iştirak etdiyi yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və digər mövzular üzrə suallar səsləndirilib.

İntellektual yarışda Neftçala şəhəri Samid İmanov adına 1 saylı tam orta məktəbin "İstiqlal" komandası qalib gəlib və komanda üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.

Yarışın qalibləri və komandalar diplom, sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, "Qüvvət elmdədir" adlı layihə çərçivəsində ölkənin 6 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından qalib komandanı və digər komandaları təbrik edirik, gələcək nailiyyətlərində uğurlar arzulayırıq.

Keçidlər