Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Qurtuluş günü qeyd olunub

15 iyun 2022 | 11:22
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda Qurtuluş günü qeyd olunub. Tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailəri, məktəblilər və ictimaiyyət üzvləri iştirak edib.
Tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər və önünə gül dəstələri düzüblər.
İlk öncə Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər azərbaycanlı üçün çox əzizdir. 29 il öncə yenicə müstəqilliyini qazanan respublikamızı dağılmaqdan, məhv olmaqdan, vətəndaş qarşıdurmasından xilas edən Ulu Öndər Heydər Əliyevin düşünülən siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Ümumilli Lider Heydər Əliyevdən sonra isə bu siyasəti Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir, Azərbaycanın daha da möhkəmlənməsi, qüdrətlənməsi istiqamətində çalışır.
15 İyun Milli Qurtuluş günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın simasında Azərbaycan xalqının ünvanına təbriklər deyildi və bir daha vurğulandı ki, müstəqilliyimiz əbədi və dönməzdir.
Təhsil və idman sahəsində uğurlar əldə edən gənclər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar.
Tədbir məktəblilərin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Mədəniyyət evinin hazırladıqları kompozisiyalar ilə davam edib.
Keçidlər