Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda "Qəhrəmanların izi ilə" adlı layihəyə start verilib

23 yanvar 2023 | 16:17
Neftçala RİH-in başçısı Mirhəsən Seyidovun tövsiyyə və göstərişlərinə uyğun olaraq "Qəhrəmanların izi ilə" adlı layihəyə start verilib.
Layihənin məqsədi şəhid ailələrinin sosial qayğıları ilə yaxından tanış olmaq, onların arzularını, təkliflərini dinləmək və qanunamüvafiq qaydada həlli yollarına köməklik göstərməkdir.
Layihənin icrası məqsədilə Rayon İcra Hakimiyyətində işçi qrup yaradılıb və bu işçi qrupuna Neftçala RİH-in məsul şəxsləri, yerli İƏDN-nin məsul şəxsləri, rayon ağsaqqalları, Gündoğar qəzetinin redaktoru və ictimaiyyət nümayəndələri iştirak edir.
Layihə çərçivəsində ilk görüş Neftçala rayonu Bankə qəsəbəsində anadan olan şəhidlərin ailələrinin ziyarət olunması ilə başlayıb və şəhid ailələrilə görüşlər keçirilib.
Məlumat üçün bildiririk ki, ilk olaraq layihə 44 günlük Vətən müharibəsində şəhid olan ailələrin ziyarət olunması ilə başlayıb və Rayon ərazisində olan bütün şəhid ailələrini əhatə edəcəkdir.
Keçidlər