Neftçala rayonunda qanvermə aksiyası keçirilib
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Neftçala RMX PŞ-in dəstəyilə Neftçala rayonunda könüllü olaraq növbəti qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyasında Neftçala Rayon İcra Hakimiyyətinin, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının əməkdaşları, din xadimləri və rayon ictimaiyyəti iştirak edib.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.