Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin aqrar siyasətini uğurla inkişaf etdirir” mövzusunda görüş keçirilib

27 noyabr 2023 | 16:57

Neftçala rayonunda “Prezident cənab  İlham Əliyev Ulu Öndər Heydər Əliyevin aqrar siyasətini uğurla inkişaf etdirir”  mövzusunda görüş keçirilib.

Neftçala rayonunda “Prezident cənab  İlham Əliyev Ulu Öndər Heydər Əliyevin aqrar siyasətini uğurla inkişaf etdirir”  mövzusunda Neftçala Suvarma Sitemləri İdarəsində maarifləndirici görüş keçirilib.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Vasif Əliyev, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov, Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev və Suvarma Sistemləri İdarəsinin bir qurup əməkdaşları iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Vasif Əliyev, Neftçala Suvarma Sistemləri idarəsinin rəsi Elçin Əsədov,  Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, Suvarma Sistemləri İdarəsinin əməkdaşları Cəlal Rzayev və Məlahət Cəfərova çıxış edərək Ulu Öndər Heydər Əliyevin yenidən xalqın təkidilə siyasi hakimiyyətə qayıdışından sonra həyatının bütün sahələrində olduğu kimi o, cümlədən kənd təsərrüfatı sahəsinədə xüsusi diqqət və qayğı hiss olunub, aqrar sahədə aparılan islahatlar, qəbul olunan qanun layihələri kənd təsərrüfatı sahəsinin yüksələn inkişafına təkan verib. Bu sahədə əldə olunan uğurlar Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Keçidlər