Neftçala rayonunda pambıq yığımı davam etdirilir
30 sentyabr 2022 | 16:10
Ölkə başçısının kənd təsərrüfatı sahəsinə olan diqqət və qayığısını, tapşırıq və tövsiyələrinin davamı olaraq bu il Neftçala rayonunda 8645 hektar sahədə pambıq əkini həyata aparılıb və becərilib.
Əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, təbii proseslərə görə əkin sahələrinin suvarılmasında suyun şor olmasına baxmayaraq vaxtında suvarma suyu ilə təminatı həyata keçirilib. Əkilən pambıq sahələrinin becərilməsində yüzlərlə insan cəlb edilib və onların məşğulluğu təmin olunub. Pambıq sahələrinə göstərilən lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Neftçala Suvarma Sistemləri İdarəsinin, P- AQRO MMC-in məsul şəxsləri və fermerlərin iştirakı ilə pambıq sahələrinə baxış keçirib, pambıq yığımına start verilib.
⠀
Pambıq sahəsində fermerlə ilə görüş keçirən Neftçala RİH başçısı Mirhəsən Seyidov fermerləri narahat edən məsələlərlə maraqlanıb, qeyd olunan məsələlər müzakirə olunub, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib. Pambıq yığımında Rayon İcra Hakimiyyətinin xüsusi nəzarətinin gücləndirilməsi, gündəlik mövcud qrafiklərin hazırlanması, suvarma zamanı sudan səmərəli istifadə, fermerlər arasında ədalət meyarının qorunması məsələsinə xüsusi diqqət çəkilib. Pambıq məhsulunun bu il hər hektar üçün 50 sentnerə çatdırılması fermerlərlə müzakirə olunub. Sahələrdə defolyasiya işləri aparıldıqdan sonra isə pambıqyığan kombaynlarla pambıq yığımına kütləvi şəkildə başlanılacağı tarixlərə xüsusi nəzarətin həyata keçirilməsi tapşırılıb. Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlərin, pambıqyığan kombaynların hazır vəziyyətə gətirilməsi tapşırılıb. ⠀
Fermerlər yaradılan şəraitdə, kənd təsərrüfatı sahəsinə göstərilən diqqətdə, qayğıya görə Prezident cənab İlham Əliyevə təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Hal –hazırda pambıq yığımına 31 ədəd pambıq yığan kombayn, 600 nəfər işçi qüvvəsi cəlb olunub və 1804,41 ton pambıq yığımı həyata keçirilib.