Neftçala rayonunda "Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində mükəmməl qanunvericilik bazası yaradılıb” adlı maarifləndirmə görüşü keçirilib
08 fevral 2023 | 09:19
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbində “Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində mükəmməl qanunvericilik bazası yaradılıb” adlı maarifləndirmə görüşü keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Boyat kənd İƏD üzrə nümayəndəliyinin məsul şəxsləri, məktəb müəllimləri, şagirdlər və valideynlər iştirak edib.
İlk öncə Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Çıxış edənlər bu gün Ölkəmizdə mükəmməl hüquqi baza əsasında yaradılan uşaq hüquqları sahəsində qanunvericilikdən, uşaqların hüquqlarının qorunması istiqamətində qəbul edilən Dövlət Proqramlarından ətraflı məlumat veriblər.
Görüş yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi ilə məşğul olan ümumtəhsil məktəbləri ilə valideynlərin əlaqəli şəkildə fəaliyyət göstərmələrinin məqsədəmüvafiqliyi xüsusi qeyd edilib. Görüş qarşılıqlı müzakirələr ilə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.