Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyununun zona üzrə seçim mərhələsi keçirilib

13 dekabr 2023 | 20:21
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon gənclər və idman sektoru və Neftçala təhsil sektorunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində uşaqlar, yeniyetmələr və gənclər arasında “İstedadlar axtarışında” yaradıcılıq festivalının “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə I zonanın seçim mərhələsi keçirilib.
8 komandanın mübarizə apardığı seçim turunda ən yüksək nəticə ilə Xıllı qəsəbə F.Quliyev adına tam orta məktəbi təmsil edən “44-23” və S.Kərimov adına Qədimkənd kənd tam orta məktəbi təmsil edən “Tufan” komandası final mərhələsinə vəsiqə qazanıb.
Keçidlər