Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Narkotiksiz həyat naminə” maarifləndirici görüş keçirilib

24 fevral 2023 | 14:10
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Faruq Quliyev adına Xıllı qəsəbə 2 saylı tam orta məktəbdə “Narkotiksiz həyat naminə” maarifləndirici görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, hüquq- mühafizə orqanlarının məsul şəxsləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüş iştirakçıları çıxışlarında Azərbaycanda narkomalıqla mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, onun yaratdığı fəsadlar, Azərbaycanda narkomanlıqla mübarizə sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən Qanun və Dövlət Proqramları, həmçinin müxtəlif istiqamətlər üzrə narkomaniyaya qarşı mübarizə sahəsində Dövlət siyasəti haqqında geniş məlumat verilib. Neftçala Rayon İcra Hakimiyyəti “ağ ölüm” ilə mübarizənin hər bir vətəndaşın vəzifəsi olduğunu nəzərə alaraq, onunla mübarizə sahəsində ayrı-ayrı dövlət strukturlarının, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə sisteminin, gənclərlə işləyən təşkilatların, kütləvi informasiya vasitələrinin, vətəndaş cəmiyyəti institutlarının birgə həyata keçirdikləri mübarizə tədbirlərinin faydalı olacağnı nəzərə alaraq mütəmadi olaraq tədbirlər həyata keçirir.
Görüş tədbir iştirakçılarını maraqlandıran digər suallar ətrafında müzakirələr ilə davam edib.
Keçidlər