Neftçala rayonunda “Narkomanlıqla mübarizə ölkəmizdə dövlət siyasətinin prioritet sahələrindəndir ” mövzusunda maarifləndirici görüş keçirilib
10 fevral 2023 | 15:23
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2023-ci il üçün tərtib edilən İş Planına uyğun olaraq Əlif Piriyev adına Neftçala şəhər 2 saylı tam orta məktəbdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Narkomanlıqla mübarizə ölkəmizdə dövlət siyasətinin prioritet sahələrindəndir ” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, hüquq- mühafizə orqanlarının məsul şəxsləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə ilk öncə Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mövzu ətrafında çıxış edənlər bu gün Azərbaycanda narkomalıqla mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, narkomaniyanın ümumbəşəri bəlaya çevrilməsindən və onun yaratdığı fəsadlar barəsində danışaraq görüş iştirakçılarına ətraflı məlumat veriblər.
Görüşdə bəşəriyyətin bəlasına çevrilən narkomanlıqla mübarizə sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən Qanun və Dövlət Proqramları, həmçinin müxtəlif istiqamətlər üzrə narkomaniyaya qarşı mübarizə sahəsində Dövlət siyasətindən ətraflı bəhs edilib.