Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Müstəqillik Günü qeyd olunub

29 may 2024 | 09:35
Neftçala rayonunda Müstəqillik Günü münasibətilə dəyirmi masa ətrafında görüş keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir də çıxış edənlər 1918-ci il may ayınıən 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu qeyd edib, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın, o, cümlədən ölkəmizin ictimai-siyasi həyatında nəhəng işlər görüldüyünü, xalqımızın qədim dövlətçilik ənənələrinin yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olunduğu diqqətə çatdırılıb. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndər dəfələrlə bildirirdiki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.
Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Məhz bu siyasət nəticəsində bu gün müasir Azərbaycan 106 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı, xəyal etdiyi qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Fəxrlə qeyd edə bilərik ki, hazırda Azərbaycan dünyanın müstəqil siyasət yürüdən azsaylı ölkələrindən biridir. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik və qətiyyətli siyasətin sayəsində müstəqilliyimiz əbədidir, dönməzdir.
Tədbirin sonunda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan "Əbədi ezamiyyət" sənədli filmi tədbir iştirakçıları tərəfindən izlənilib.
Keçidlər