Neftçala rayonunda Müstəqillik günü ilə əlaqədar olaraq Xəzər dənizi sahilində iməclik keçirilib
27 may 2023 | 18:33
Neftçala rayonunda Müstəqillik günü ilə əlaqədar olaraq Xəzər dənizi sahilində iməclik keçirilib.
İməclikdə RİH-in, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov, könüllülər və rayon ictimaiyyəti iştirak edib.
İməcliyin keçirilməsində məqsəd Xəzər dənizi sahili ərazilərinin, dəniz suyunun məişət və tullantılarla çirklənməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə olunması ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirmək, Xəzər dənizin və sahil zonalarında ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı artırmaqdır.
Rayon sakinlərimizdən, qonaqlardan rayonumuzu və Xəzər dənizinin sahilini təmiz saxlamaları tövsiyyə olunur.