Neftçala rayonunda Muğan Regional Mərkəzin əməkdaşları metodiki tədbir keçirib
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2024-cü il üçün Əsas Tədbirlər planına uyğun olaraq Neftçala RİH-də Rayon İcra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin, eləcə də Muğan Regional Mərkəzin əməkdaşlarının iştirakı ilə Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı metodiki tədbir keçirilib.
Tədbirdə İcra Hakimiyyətinin inzibati ərazi dairələri nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də Muğan regional mərkəzin mülki müdafiə idarəsinin rəisi polkovnik Rafiq Zeynalov, Muğan regional mərkəzin mülki müdafiə idarəsinin mülki müdafiə tədbirlərinin planlaşdırma şöbəsinin rəisi, mayor Anar Sadıqov, Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, kapitan Mirmöhsüm Qüdrətov iştirak edib.
Tədbirdə təqdimat nitqi ilə çıxış edən RİHB-nın birinci müavini Şaiq Məmmədov tədbirin əhəmiyyətindən bəhs edərək mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb. Sonra Muğan Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik Rafiq Zeynalov çıxış edərək rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən natiqlər mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər. Həmçinin, Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirənin sonunda mövzuyla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.