Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda mini-futbol üzrə rayon birinciliyinin final mərhələsi keçirilib

09 may 2023 | 09:22
Neftçala Rayon İcra Hakimiyyətini təşəbbüsü, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı, Neftçala rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" və Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə rayonun idarə, müəssisə, təşkilatları arasında mini-futbol üzrə rayon birinciliyinin final mərhələsi keçirilib.
Final mərhələsini Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon Təşkilatının sədri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, futbol komandaları və rayon ictimaiyyəti izləyib.
İlk öncə 3-cü və 4-cü yer uğrunda Azərbaycan Fish Farm MMC və Salyan Regional Mühafizə idarəsinin komandası qarşılaşıb və Azərbaycan Fish Farm MMC-in komandası 2:0 hesabı ilə qələbə qazanaraq 3-cü yerin sahibi olub.
Final mərhələsində isə Neftçala Rayon Polis Şöbəsinin və Neftçala Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin komandaları qarşılaşıb. Neftçala Mənzil Komunal İistehsalat Birliyinin komandası 3:1 hesabı il qələbə qazanaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan mini- futbol üzrə rayon birinciliyinin qalibi olub.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından qalib komandaları təbrik edirik və uğurlar arzulayırıq.
Keçidlər