Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda dəyirmi masa keçirilib

05 dekabr 2023 | 17:29

Neftçala rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda dəyirmi masa keçirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələrinin iştirakçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Neftçala Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul şəxsləri, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri, şəhid övladları, 11-16 yaşlı fəal məktəblilər iştirak ediblər, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşəyə baxış keçiriblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Görüşdə çıxış edənlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin ölkəmizdə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, uşaqların rahat yaşaması, təhsil alması, öz potensiallarını gerçəkləşdirmələri üçün yaradılan şəraitdən bəhs etmiş və çıxış edən məktəblilər Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın qorunub saxlanılması və inkişafı naminə gələcəkdə layiqli vətəndaşlar olacaqlarını diqqətə çatdırmışlar.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevdən başlayan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti, bu istiqamətdə ölkəmizdə həyata keçirilən fəaliyyətlər  haqqında videoçarx görüş iştirakçıları tərəfindən izlənilib.

Keçidlər