Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Kür çayına nərə balıqları buraxılıb

13 iyun 2022 | 15:41
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə iyun ayının 10-da Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönələn “Zəngin hövzələr” layihəsi çərçivəsində nərə balıqlarının suya buraxılması mərasimi keçirilib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Neftçala RİH başçısı Mirhəsən Seyidov, Yaponiyanın Azərbaycanda səfiri Vada Cunici, İDEA ictimai birliyinin icraçı direktoru Surxay Əsgərov, Lu Mu Holdingin rəhbəri Rufat Tabasaranski və könüllülərin iştirakı ilə akvakultura şəraitində “Xıllı Balıq” MMC-də yetişdirilən 1000 ədəd nərə balığı Kür çayına buraxılıb.
Son illər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.
"Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Keçidlər