Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Kür çayı sahilində növbəti təmizlik aksiyası keçirilib

26 avqust 2024 | 10:43

Neftçala Rayon İcra Hakimiyyətinin və Ekologiya Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 24 avqust 2024-cü il tarixində Kür çayının Bankə qəsəbəsi ərazisindən keçən hissəsinin sahilində növbəti təmizlik aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxsləri, könüllülər və rayon ictimaiyyəti iştirak edib.
Tədbirin keçirilməsində məqsəd – Kür çayının məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Keçidlər