Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Konstitusiya və Suverenlik ili” və "Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib

21 oktyabr 2025 | 17:49

21 oktyabr 2025-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” və "Uşaq hüquqları aylığı" çərçivəsində rayonun Yuxarı Qaramanlı kənd tam orta ümumtəhsil məktəbində "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" və  “Azərbaycan Respublikasının Konstitusiyasında və normativ hüquqi aktlarında uşaq hüquqlarının müdafiəsi” mövzusunda növbəti maarifləndirmə tədbiri  təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, yerli İnzibati ərazi dairəsi üzrə nümayəndə, yerli bələdiyyə orqanı və məktəb rəhbərliyi, təhsil işçiləri və şagirdlər iştirak edib.
İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər bu il müstəqil Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ili və qazanılan şanlı Zəfərimizin 5-ci ildönümü münasibətilə elan olunmuş “Konstitusiya və Suverenlik ili” çərçivəsində həyata keçirilən silsilə tədbirlərin, o cümlədən təşkil edilən bu tədbirin əhəmiyyətindən bəhs edərək,  Azərbaycanın müstəqillik tarixində və dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri olan, Konstitusiyamızın banisi Ümummilli lider Heydər Əliyevin hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşmasındakı  xüsusi rolundan danışdılar. Qeyd olundu ki,  1995-ci ildə qəbul olunmuş və ölkəmizin demokratik inkişaf yolundakı təməl sənəd olan bu Konstitusiya insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının qorunması üçün hüquqi baza rolunu oynayır.
Tədbirdə həmçinin 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” na  uyğun olaraq,uşaq hüquqlarının qorunması, onların təhsil, sağlamlıq və sosial təminat hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətindən söz açılıb. Vurğulanıb ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin mühüm istiqamətidir. Konstitusiyanın 17, 42, 45 və digər maddələrində uşaqların sağlam böyüməsi, təhsil alması, istedadlarının inkişafı və zorakılıqdan qorunması kimi fundamental prinsiplər təsbit olunub. Bu gün Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində uşaq hüquqlarının müdafiəsinə dair siyasət uğurla davam etdirilir. Hər bir uşağın sağlam, savadlı, vətənpərvər və sosial cəhətdən aktiv vətəndaş kimi yetişməsi ölkənin gələcək inkişafı üçün əsas şərtlərdəndir. Bu baxımdan ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda çıxışlarda qeyd edilib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Cinayət və İnzibati Xətalar  Məcəllələrində dəyişikliklər edilməsi haqqında” – 28 iyun 2024-cü il tarixində qəbul edilmiş və 1 iyul 2025-ci ildən etibarən qüvvədə olan dəyişikliyə əsasən erkən evlilik və qan qohumları arasında bağlanan nikahlar rəsmi olaraq ləğv edilib, birinci və ikinci dərəcəli qohumlar arasında nikah bağlanması qadağan olunub.
Sonda tədbir iştirakçıları Konstitusiyanın qəbul edilməsinin dövlət müstəqilliyimizin qorunması və gələcək nəsillərin hüquqlarının təmin olunmasında əvəzsiz rol oynadığını xüsusi vurğulayıblar.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər