Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda "Konstitusiya və Suverenlik ili" çərçivəsində “Uşaqların ictimai fəallığının artırılması və onların iştirakçılığının təmin edilməsi” adlı maarifləndirici görüş keçirilib

25 sentyabr 2025 | 11:00

      Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində Neftçala rayonu Q.Nuralıyev adına Xol Qaraqaşlı kənd tam orta ümumtəhsil məktəbində  “Uşaqların ictimai fəallığının artırılması və onların iştirakçılığının təmin edilməsi” adlı maarifləndirmə tədbiri keçirilib.

      İlk öncə xalqımızın ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri, qeyd olunan məktəbin rəhbərliyi, müəllimlər, şagirdlər  iştirak edib.

      Çıxışçılar, uşaqların yalnız sabahın deyil, həm də bu günün dəyərli səsi, fəal və bərabərhüquqlu iştirakçıları olduğunu diqqətə çatdırdılar. Onların ictimai fəallığının artırılması, demokratik prinsiplərin aşılanması, qərarların qəbulunda iştiraklarının təmin olunması gələcəkdə məsuliyyətli və təşəbbüskar vətəndaşların formalaşmasına zəmin yaradır. Həmçinin vurğulandı ki, uşaqların cəmiyyət həyatına qoşulması, onların öz fikirlərini sərbəst ifadə etməsinə şərait yaradılması, müxtəlif layihə və təşəbbüslərdə iştirakına imkan verilməsi dövlətin uşaq siyasətinin mühüm istiqamətlərindəndir. Bu prosesdə valideynlərin, müəllimlərin və ictimai qurumların üzərinə böyük vəzifələr düşür. Eyni zamanda Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri tərəfindən Uşaq hüquqları barədə də geniş məlumat verilib.

     Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

Keçidlər