Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda "Konstitusiya və suverenlik ili" çərçivəsində 8 Noyabr "Zəfər Günü"nün 5-ci ildönümünə həsr edilmiş "Nə?Harda?Nə zaman?" intellektual oyunu formatında bilik müsabiqəsi keçirilib

23 oktyabr 2025 | 18:14

23 oktyabr 2025-ci il tarixdə  Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Neftçala Uşaq Gənclər İdman Şahmat Məktəbində rayonun təhsil müəssisələri arasında “Konstitusiya və Suverenlik” ili çərçivəsində 8 noyabr “Zəfər Günü”nün 5-ci ildönümünə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında bilik müsabiqəsi keçirilib. Yarışda Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala rayon Gənclər və idman sektorunun, Neftçala rayon Təhsil sektorunun rəhbər heyəti və digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər.

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışçılar -Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi Əliheydər Qarayev, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz  Əhmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun əməkdaşı Əli Məmmədzadə yarışın məqsədi və əhəmiyyəti haqqında ətraflı məlumat verərək iştirakçılara uğurlar arzulayıblar.

Bilik yarışında hər birində beş üzv, ümumilikdə 80 nəfər olmaqla 16 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda I yerdə Neftçala rayon Faruq Quliyev adına Xıllı qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “Müəllim gücü” komandası,  II yerdə Neftçala rayon Səməd Vurğun adına Bankə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “Turan” komandası, III yerdə isə Neftçala rayon Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin “Uğur” komandası qərarlaşıb.

Qalib komandalar Neftçala Rayon İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektoru tərəfindən müvafiq olaraq diplom, medal və kubokla təltif olunublar.

Bütün iştirakçılara təşəkkürlərimizi bildirir, qalibləri isə təbrik edirik.

 

 

Keçidlər