Neftçala rayonunda Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub
Neftçala rayonunda Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Neftçala rayonunda da Kənd Təsərrüfatı İşçiləri Günü geniş formada qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, DAİM-in, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərləri, onların əməkdaşları, könüllülər və fermerlər iştirak edib.
İlk öncə tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb və ehtiramla yad olunub.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov Neftçala DAİM-in inzibati binasında yaradılan şəraitlə tanış olub.
Tədbirdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsinədə Ulu Öndər tərəfindən xüsusi diqqət və qayğı göstərilib. Bu sahədə çalışan zəhmətkeşlər xüsusi olaraq qiymətləndirilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevdə ölkəmizin inkişafında xüsusi xidməti olan kənd təsərrüfatı işçilərinin əməyi hər zaman qiymətləndirib, onlarla görüşüb, səsləndirdikləri bütün məsələlər həssaslıqla yanaşıb. Bu gün ölkəmizdə olduğu kimi rayonumuzdada kənd təsərrüfatı sahəsinə olan diqqət, qayğı bütün fermerlər və zəhmətkeşlər tərəfindən hiss olunur, kənd təsərrüfatı sahəsinə maraq hər il artmaqda davam edir. RİH- başçısı Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə zəhmətkeşləri əbrik edib və onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edənlər Neftçala DAİM-in direktoru əvəzi Elsevər Əsədov, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Təbriz Eyyubov və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və böyük zəhməti nəticəsində həm keçmiş sovetlər dönəmində, həm də müstəqillik dövründə ölkəmizdə bütün sahələrində olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılıb, kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Hal- hazırda Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı sahəsi dinamik inkişafını qoruyub saxlayır.
Tədbirin sonunda Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə bir qrup kənd təsərüfatı qabaqcılı fəxri fərmanlarla təltif olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti adından kənd təsərrüfatı işçiləri təbrik edirik, peşə fəaliyyətlərində uğurlar arzulayırıq.