Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda keçirilən silsilə tədbirlər davam edir

07 noyabr 2026 | 11:59

8 Noyabr - Zəfər Günü münasibətilə Neftçala rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində Neftçala Rayon Dövlət Rəsm Qalereyasında "Şanlı Zəfərimiz" adlı rəsm sərgisi təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri, mədəniyyət işçiləri, şagirdlər iştirak ediblər.

Mərasimdə çıxış edənlər vurğulayıblar ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində ən parlaq səhifələrdən biridir. Bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyev ideyalarının, onun müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin, xalq–ordu–dövlət birliyinin və milli həmrəyliyin nəticəsidir. Çıxışlarda Zəfər Gününün təkcə hərbi qələbə deyil, həm də xalqımızın mənəvi gücünün, dövlətinə və liderinə sarsılmaz inamının rəmzi olduğu qeyd edilib. Bu münasibətlə təşkil olunan rəsm sərgisinin qalib xalqın mədəni qüdrətini və Vətənə sonsuz sevgisini əks etdirdiyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçılar rəssamların və şagirdlərin Vətənə, şəhidlərimizin qəhrəmanlığına və tarixi Zəfərimizə həsr etdikləri rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Qalereyada nümayiş olunan əsərlər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər