Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “İZ Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Qadın – ana və yaranışdır” layihəsi çərçivəsində görüş keçirilib

12 aprel 2023 | 16:27
Neftçala rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın – Ana və Yaranışdır” audiovüzual vasitələrin köməyi ilə qadınlar arasında milli mənəvi dəyərlərin təbliği layihəsi çərçivəsində rayonda müxtəlif peşə sahibi olan bir qrup xanımla görüş keçirib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, “İZ Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyin rəhbəri Fəridə Mirişova, "Ahəng" Psixologiya Reabilitasiya Mərkəzinin rəhbəri, psixoloq-təlimçi Vüsalə Əmiraslanova və rayonda müxtəlif peşə sahibi olan bir qrup xanım iştirak edib.
İctimai birliyin rəhbəri Fəridə Mirişova tədbiri giriş sözü ilə açaraq, öz çıxışında layihənin əsas məqsədindən bəhs edib. Qeyd edib ki, bizim məqsədimiz məişət zorakılığına, qadınlara qarşı olan ayrıseçkiliyə qarşı fəaliyyətimizdə ailə dəyərlərini milli-mənəvi dəyərlər əsasında və audiovizual vasitələrdən istifadə etməklə təşviq etməkdir.
Görüşdə çıxış edən "Ahəng" Psixologiya Reabilitasiya Mərkəzinin rəhbəri, psixoloq-təlimçi Vüsalə Əmiraslanova "Azərbaycan folklor nümunələrində qadın", "İslam dinində qadın", "Azərbaycan kinolsunda qadın" mövzularında müzakirələr aparıb, mövzu ilə əlaqədar sorğu keçirib.
Görüş mövzular ətrafında müzakirələr ilə davam edib.
Keçidlər