Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “İrəli” İctimai Birliyi tərəfindən “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib

25 noyabr 2022 | 10:37
Neftçala rayonunda “İrəli” İctimai Birliyi tərəfindən “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib.
Neftçala rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İrəli” İctimai Birliyi tərəfindən “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində rayon gəcləri ilə görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti aparatının məsləhətçisi Esmira Məmmədzadə, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı və İctimai Birliyin əməkdaşları, Neftçala rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin məsul şəxsləri və bir qrup rayon gənci iştirak edib.
İctimai birliyin əməkdaşları – təlimçilər tərəfindən gənclərlə işin əsasları, xarakteristikası, rəqəmsal biliklər, gənclərin təşəbbüskarlığının artırılması, layihələrin yazılması və idarə olunması, sosial şəbəkələrdən düzgün istifadə və s. haqqında iştirakçılara geniş məlumat verib və təqdim olunan mövzularla əlaqədar gənclərlə qrup işləri təşkil olunub. Layihədə gənclər aktiv iştirakçılıqlarına görə fəxri fərmanlarla təltif olunublar və sonda xatirə şəkili çəkilib.
Layihənin məqsədi region gənclərinin ölkə maraqlarının qorunmasında iştirakçılığını təmin etmək, təşəbbüslərin artımına dəstək olmaq, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaq və dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdir.
Məlumat üçün bildiririk ki, layihə çərçivəsində 8 müxtəlif regionda ümumilikdə 200 nəfərdən çox gəncin iştirakı ilə təlimlərin keçirilməsi nəzərdə tutulub.
Keçidlər