Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda ilk dəfə avarçəkənlərin təlim-məşq toplanışı keçiriləcək

08 sentyabr 2022 | 14:26
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası avarçəkənlərinin təşkilatçılığı ilə ilk dəfə Neftçala rayonunda təlim-məşq toplanışı təşkil olunacaq.
Təlim-məşq toplanışının keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında avarçəkmənin inkişaf etməsi, gənclərin asudə vaxtların səmərəli təşkil olunması və gənclər arasında avarçəkmə idman növünə marağın artırılmasıdır.
Məlumat üçün bildiririk ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası avarçəkənlərin ilk təlim-məşq toplanışını 9 sentyabr 2022-ci il tarixində saat 12: 00-da Axmaz göl su hövzəsində keçiriləcəkdir və bütün rayon sakinlərini keçirilən təlim- məşq toplaşını izləməyə dəvət edirik.
Keçidlər