Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda iftar süfrəsi təşkil olunub

22 aprel 2022 | 15:57

Mübarək Ramazan ayı ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub. İftar süfrəsində Qurani Kərimdən surələr oxunub, Ramazan ayının fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından danışılıb və Ramazan duası oxunub.
Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə qazisi Hacı Hüsnü Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri və qazilər iştirak edib.
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək iftar süfrəsində iştirak edənləri salamlayıb və qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib. Azərbaycanda və Neftçala rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini diqqətə çatdırıb. Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini bildirib. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırıb. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə işğalda olan ərazilərimiz 44 günlük Vətən müharibəsi ilə azad olunub, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilib və həmin azad olunan torpaqlarda iftar süfrələrinin verilməsindən danışıb. İftar süfrəsində iştirak edənləri və onların simasında bütün rayon əhalisini müqəddəs ramazan bayramı münasibəti ilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı xoş arzularını çatdırıb.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər